...

Türkiyədə etiraz aksiyalarında 2,5 milyon nəfər iştirak edib

Siyasət Materials 24 İyun 2013 14:24 (UTC +04:00)
Türkiyənin 79 vilayətində üç həftə davam edən aksiyalarda ümumilikdə 2,5 milyon nəfər iştirak edib.
Türkiyədə etiraz aksiyalarında 2,5 milyon nəfər iştirak edib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin 79 vilayətində üç həftə davam edən aksiyalarda ümumilikdə 2,5 milyon nəfər iştirak edib. Trend-in bazar ertəsi "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir.

Türkiyədə iğtişaşlar nəticəsində təqribən 4 min nəfər müxtəlif dərəcəli xəsarət alıb, 4,9 min nəfər isə polis tərəfindən saxlanılıb.

Türkiyə DİN-in məlumatında deyilir ki, etiraz aksiyaları yalnız iki vilayətdə - Bingöl və Bayburtda keçirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti