...

Ankarada iğtişaşlar təşkil etməkdə təqsirləndirilən 20 nəfər həbs edilib

Siyasət Materials 25 İyun 2013 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin paytaxtı Ankarada İstanbulun Taksim meydanında etiraz aksiyalarına dəstək vermək üçün nümayişlər təşkil etməkdə təqsirləndirilən 20 nəfər həbs edilib. Bu barədə Trend çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən məlumat verir.

Şübhəlilərin saxlanılması əməliyyatı 30 ünvan üzrə həyata keçirilib. Məhkəmə iclasınadək həbs edilənlər ümumi rejimli koloniyada saxlanılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti