...

Türkiyə dinc aksiyalar zamanı zərərçəkənlərə kompensasiya verəcək

Siyasət Materials 27 İyun 2013 10:36 (UTC +04:00)
Türkiyə hökuməti ölkədə baş verən nümayişlər zamanı polisin fəaliyyəti nəticəsində zərərçəkənlərə kompensasiya ödənilməsi barədə qərar qəbul edib.
Türkiyə dinc aksiyalar zamanı zərərçəkənlərə kompensasiya verəcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hökuməti ölkədə baş verən nümayişlər zamanı polisin fəaliyyəti nəticəsində zərərçəkənlərə kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verib.

Beləliklə kompensasiya dinc aksiyalarda iştirak edən və polisə, dövlət və özəl müəssisələrə hücumda iştirak etməyən zərərçəkən şəxslərə veriləcək.

Qəzetin məlumatına görə, aksiyalarda iştirak edən və kompensasiyanın ödəniləcəyi 100-dən artıq dinc nümayişçi müəyyən edilib. Onlara ödəniləcək kompensasiyanın həcmi hələ müəyyənləşdirilməyib.

Bundan əlavə etiraz aksiyaları zamanı zərərçəkən mağaza və restoran sahiblərinə də kompensasiya ödəniləcək.

Türkiyədə etiraz aksiyaları üç həftəyə qədər davam edib. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti