...

ТAP “Şahdəniz” layihəsinin səhmdarlarının Avropaya qaz nəqli marşrutunun seçimi üzrə qərarını alqışlayır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyun 2013 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Trans Adriatik qaz boru kəməri (TAP) layihəsinin Azərbaycan qazının Avropaya nəql edilməsi üçün seçilməsi "Cənubi Qaz Dəhlizi"nin açılması üçün ilk və ciddi addımdır.

Trend-in məlumatına görə, layihənin cümə günü yaydığı məlumatda bildirilir ki, bu barədə TAP-ın İdarəedici direktoru Ketil Tunqland qeyd edib:

"Mən "Şahdəniz II" konsorsiumu tərəfindən Azərbaycan qazının Avropaya nəql edilməsində verdiyi qərarın TAP-ın xeyrinə olmasına görə çox şadam. "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyində və Qərbi və Cənub-Şərqi Avropa ölkələrinə qaz ixracının şaxələndirilməsində vacib rol oynayacaq".

Tunqland bildirib: "Növbəti bir neçə ayda biz yekun investisiya qərarının bu il ərzində uğurla qəbul olunması üçün "Şahdəniz " konsorsiumu ilə işləməyi davam etdirəcəyik. Mən bu imkandan istifadə edərək ədalətli və şəffaf seçim prosesinə görə "Şahdəniz" konsorsiumuna səmimi təşəkkürümü bildirirəm".

Tunqland əlavə edib: "TAP-ın seçimi təsdiqləyir ki, o, "Şahdəniz" qazının Avropaya nəql olunması üçün iqtisadi və texniki cəhətdən ən qabaqcıl layihədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti