...

Taksimdə qanunsuz aksiyanın qarşısı alınıb

Siyasət Materials 9 İyul 2013 02:11 (UTC +04:00)
Taksimdə İstiqlal küçəsində toplanan və polisin xəbərdarlıqlarına məhəl qoymayan qrupun aksiyasına müdaxilə olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Qalatasaray litseyi qarşısında toplanan bir qrup insan şüarlar səsləndirməklə, İstiqlal küçəsindən Taksim istiqamətində yürüş edib.
Taksimdə qanunsuz aksiyanın qarşısı alınıb

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Taksimdə İstiqlal küçəsində toplanan və polisin xəbərdarlıqlarına məhəl qoymayan qrupun aksiyasına müdaxilə olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Qalatasaray litseyi qarşısında toplanan bir qrup insan şüarlar səsləndirməklə, İstiqlal küçəsindən Taksim istiqamətində yürüş edib.

Məlumatda deyilir ki, Taksim meydanının girişində saxlanılan qrupa polis tərəfindən dağılmaq əmri verilib. Qrupun polisin xəbərdarlıqlarına məhəl qoymamasından sonra aksiya təqyiqli su və göz yaşardıcı qaz vasitəsilə dağıdılıb. Müdaxilə zamanı bir neçə şəxs tutulub.

Aksiyanın dağıdılmasından sonra qrupun bir hissəsi İstiqlal, digərləri isə ara küçələrə dağılışıb. Ara küçələrdəki qruplar polisə daş və şüşə atıb.

Hadisə nəticəsində kənarda olan insanlar da göz yaşardıcı qazdan zərər çəkiblər.

Xəbər lenti

Xəbər lenti