...

Kəmaləddin Heydərov Əfqanıstanın daxili işlər naziri ilə əməkdaşlığa dair müzakirələr aparıb

Siyasət Materials 9 İyul 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyində (FHN) Əfqanıstan İslam Respublikasının daxili işlər naziri ilə görüş olub.

Trend FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının daxili işlər naziri ordu generalı Qulam Mustafa Patangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nazir Kəmaləddin Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən lahiyələr barədə ətraflı məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Qulam Mustafa Patang isə hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

Həmçinin, görüşdə Əfqanıstan İslam Respublikasının müvafiq qurumlarının əməkdaşlarının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gələcəkdə uzunmüddətli təhsil perspektivləri müzakirə olunub.

Görüşdən sonra nümayəndə heyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti