Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Tağıyeva/
Misirdə ölkənin hakimiyyətdən uzaqlaşdırılmış Prezidenti Məhəmməd Mursiyə dəstək məqsədilə kütləvi nümayişlər keçirilir. Bu barədə Trend "əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.
Telekanalın verdiyi məlumata görə, Qahirənin əl-Ədəviyyə meydanında keçirilən nümayişlərdə 1 milyona qədər insan iştirak edir.
Qeyd edək ki, iyulun 3-də Misir hərbçiləri Konstitusiyanın fəaliyyətini dayandırıb Prezident Məhəmməd Mursini devirdikdən sonra növbədənkənar prezident seçkilərinin keçiriləcəyinə dair söz veriblər.
Misir islamçıları bu qərarı tanımır və qanuni şəkildə seçilən Prezidentin yenidən hakimiyyətə qaytarılmasını tələb edirlər.