Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyə heç bir halda İsrailin hərbi əməliyyatının iştirakçısı ola bilməz. Trend-in bazar ertəsi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İsrailin Türkiyənin bazalarından Suriya ərazisinə aviazərbələr endirdiyi barədə yayılan məlumatı şərh edərkən deyib.
Nazirin sözlərinə görə, bu məlumat həqiqətəuyğun deyil.
Qeyd edək ki, daha əvvəl xarici KİV-in yaydığı məlumatda İsrailin iyulun 5-də Türkiyə bazalarından Suriyanın Latakiyadakı hərbi bazalarına hava zərbələri endirdiyi bildirilirdi.
İsrail isə Latakiyaya aviazərbələrin endirilməsində iştirakını təkzib etmişdi.