...

ATƏT PA-nın müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək

Siyasət Materials 23 İyul 2013 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

ATƏT Parlament Assambleyasının (PA) müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək. Bu barədə Trend-ə ATƏT PA-nın komitə sədrinin müavini və Büro üzvü, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ATƏT PA-nın müşahidə missiyasının Azərbaycanda keçiriləcək prezident seçkisinə gəlməməsinin səbəbi qurumun payız sessiyasının seçkilərlə eyni tarixə, yəni oktyabrın 13-15-nə təsadüf etməsidir.

"Sizcə, az heyətlə də olsa, ATƏT PA nümayəndə heyəti göndərə bilərdimi" sualına cavabında isə deputat bildirib ki, görünür, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Assambleyanın rəhbərliyində ciddi narahatlıq olmadığından belə bir qərara da ehtiyac duyulmayıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti