...

"Müsəlman Qardaşlar" Misirdə milli barışıqda iştirakdan imtina edib

Siyasət Materials 24 İyul 2013 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Tağıyeva/

"Müsəlman Qardaşlar" hərəkatı Misirdə milli barışıq üzrə danışıqlarda iştirakdan imtina edib. Bu barədə Trend çərşənbə günü "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Digər tərəfdən ölkədəki başqa siyasi qüvvələr və "əl-Əzhər" Universitetinin rəhbərliyi bəyan ediblər ki, milli barışıq üzrə danışıqlarda iştirak edəcəklər, həmçinin bunu dəstəkləməyə hazırdırlar.

Qeyd edək ki, daha əvvək Misirin müvəqqəti rəhbərliyi "Müsəlman Qardaşlar"ı danışıqlarda iştirak etməyə çağırmışdı. Lakin hərəkatın rəhbərliyi bəyan etmişdi ki, barışığa çağırış qeyri-legitim mənbədən daxil olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti