...

Məzahir Pənahov: Azərbaycanda keçiriləcək prezident seçkisində vətəndaşların öz konstitusion hüquqlarını həyata keçirməsi üçün heç bir problem yoxdur

Siyasət Materials 29 İyul 2013 11:00 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.
Məzahir Pənahov: Azərbaycanda keçiriləcək prezident seçkisində vətəndaşların öz konstitusion hüquqlarını həyata keçirməsi üçün heç bir problem yoxdur

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir. Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunub.

Kursların açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, bu tədbir MSK-nın keçirəcəyi ən yüksək səviyyəli tədbirlərdən hesab edilir.

MSK sədrinin sözlərinə görə, Azərbaycan tarixi bir hadisənin ərəfəsindədir: "Bir müddət sonra prezident seçkilərinə start veriləcək. Bu seçkilər böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycanda keçiriləcək prezident seçkilərində vətəndaşların öz konstitusion hüquqlarını həyata keçirməsi üçün heç bir problem yoxdur. Seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi stabillik var".

M.Pənahov bildirib ki, ölkədə siyasi partiyalar plüralizm şəraitində fəaliyyət göstərir, KİV üzərində heç bir nəzarət yoxdur: "MSK-nın isə borcu bu seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etməkdir".

Qeyd edək ki, kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay iştirak edir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkisinin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti