...

İlham Əliyev Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 15 Avqust 2013 01:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.
İlham Əliyev Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Son illərdə ölkəmizdə mədəniyyətin inkişafı ilə bağlı mühüm tədbirlər görülür. Mədəniyyət və incəsənət xadimlərinə dövlət səviyyəsində yüksək qayğı göstərilir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bu istiqamətdə bölgələrdə də xeyli iş görülüb. Milli mədəniyyətimizin inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq Şəki Dövlət Dram Teatrının binası da əsaslı təmir olunur.

Əvvəlcə dövlətimizin başçısı binanın həyətində Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Dram Teatrının direktoru Hikmət Nəbili dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Görülən işlərlə tanış olan Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın sahəsi 4000 kvadratmetrdən 5000 kvadratmetrədək artırılıb. Təmirdən əvvəl teatr binasında 78 xidməti otaq var idisə, hazırda onların sayı 86-dır.

Məlumat verildi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlayan bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilib. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə də təsirsiz ötüşməmişdi. Azərbaycan Prezidentinin Şəkinin inkişafı məqsədilə 2011-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun olaraq yenidən qurulan teatr binası müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Üçmərtəbəli binanın əsaslı təmirinə 2012-ci ilin martında başlanıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, əsaslı təmirdən sonra binanın tamaşa zalı 299 yerlik olacaq. Dörd korpusdan ibarət Şəki Dövlət Dram Teatrının binasının həyətyanı sahəsində də geniş abadlıq işləri görülüb.

Yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti