...

Azərbaycanın xarici işlər naziri İordaniya Haşimilər Krallığının və Küveytin ölkədəki səfirlərini qəbul edib

Siyasət Materials 28 Avqust 2013 16:54 (UTC +04:00)
Nazir Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Adel Məhəmməd Adeylahı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycanın xarici işlər naziri İordaniya Haşimilər Krallığının və Küveytin ölkədəki səfirlərini qəbul edib

Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir S.Əhmədova /

Nazir Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Adel Məhəmməd Adeylahı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İordaniya arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib və səfir Adel Məhəmməd Adeylaha sözügedən əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Səfir Adel Məhəmməd Adeylah ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə yaradılmış şəraitdən razılığını bildirmiş və ölkəmizdən yüksək təəssüratla ayrıldığını bildirib.

Nazir Elmar Məmmədyarov həmçinin Küveytin ölkəmizdəki səfiri Ğəssan Abdulbari əl-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

İki dost ölkə arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən nazir Məmmədyarov səfir Ğəssan Abdulbari əl-Zəvavinin bu əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir, həmçinin küveytli səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ğəssan Abdulbari əl-Zəvavi ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə yaradılmış şəraitdən razılığını bildirib və ölkəmizdən yüksək təəssüratla ayrıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti