Azərbaycan, Bakı, 30 avqust /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılmışdır. İnzibati bina ümumilikdə on otaq, konfrans və iclas salonlarından ibarətdir. Bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait vardır.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmışdır.