...

Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin üzvləri ilə görüşüb

Siyasət Materials 3 Sentyabr 2013 17:35 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Londonda Böyük Britaniya parlamentində təmsil olunan Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 3-də Londonda Böyük Britaniya parlamentində təmsil olunan Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Bu barədə Trend Avropa Azərbaycan Cəmiyyətinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, görüş E.Məmmədyarovun Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşündən əvvəl baş tutub.

Görüşə mühafizəkar deputat, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və Enerji və İqlim Dəyişikliyi Komitəsinin rəhbəri Kristofer Pinçer sədrlik edib. Görüşdə deputatlardan Anqus Makneyl, Devid Burrovs və digərləri iştirak ediblər.

Birləşmiş Krallığın Azərbaycana sərmayəsi, enerji təhlükəsizliyi, Azərbaycan iqtisadiyyatında qeyri-enerji sektorunun inkişafı, antikorrupsiya tədbirləri, dini azadlıq məsələləri görüş zamanı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti