Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Tağıyeva/
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu təşkilata üzv ölkələri terrorizmlə mübarizədə səylərini birləşdirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə İƏT-in yaydığı məlumatda bildirilir.
İƏT sədri bildirib: "Dünyada terrorizmlə təkbaşına mübarizə aparacaq bir dövlət, bir təşkilat yoxdur. Məhz buna görə də biz bu istiqamətdə səylərimizi birləşdirməliyik".
O, həmçinin Səudiyyə Ərəbistanının BMT yanında Terrorizmlə Mübarizə Mərkəzinin yaradılması təşəbbüsünü vurğulayaraq bu layihəni terrorizmin məhv edilməsi yolunda lazımi addım adlandırıb.