...

KİV: Misir hökuməti “Müsəlman qardaşlar”ının fəaliyyətinin qadağan olunması ilə bağlı məlumatı təkzib edib

Siyasət Materials 6 Sentyabr 2013 14:27 (UTC +04:00)
Misir hökuməti “Müsəlman qardaşlar”ının fəaliyyətinin qadağan olunması ilə bağlı məlumatı təkzib edib.
KİV: Misir hökuməti “Müsəlman qardaşlar”ının fəaliyyətinin qadağan olunması ilə bağlı məlumatı təkzib edib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misir hökuməti "Müsəlman qardaşlar"ının fəaliyyətinin qadağan olunması ilə bağlı məlumatı təkzib edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Əl-Cəzirə" telekanalı ölkə hökumətində olan mənbəyə istinadən bildirib.

Daha əvvəl Misirin "Əl-Əkbər" qəzeti Misir hökumətinin ölkədə "Müsəlman qardaşlar" hərəkatının fəaliyyətinin qadağan olunması barədə qərar qəbul etməsilə bağlı xəbər yayıb.

Xatırladaq ki, Misirin sabiq Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra ölkədə "Müsəlman qardaşlar" hərəkatının üzvlərinin həbsinə start verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti