...

Türkiyədə erməni əsilli vətəndaşların xaç suyuna salınması ilə bağlı etiraz aksiyası keçirilib

Siyasət Materials 9 Sentyabr 2013 11:51 (UTC +04:00)
Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER), “Niderland-Azərbaycan” Mədəniyyət Assosiasiyasının, o cümlədən Türkiyə-Azərbaycan icmalarının üzvləri Türkiyənin Van vilayətində etiraz aksiyası keçiriblər.
Türkiyədə erməni əsilli vətəndaşların xaç suyuna salınması ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER), "Niderland-Azərbaycan" Mədəniyyət Assosiasiyasının, o cümlədən Türkiyə-Azərbaycan icmalarının üzvləri Türkiyənin Van vilayətində etiraz aksiyası keçiriblər. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən bildirib.

Telekanalın məlumatına görə, etiraz aksiyası Van gölündə yerləşən Akdamar adasındakı kilsədə altı erməni əsilli Türkiyə vətəndaşının xaç suyuna salınması ilə bağlı olub.
ASİMDER və Türkiyə-Azərbaycan icmalarının üzvləri erməniləri Azərbaycan və Türkiyə torpaqlarına qarşı ərazi və türklərə qaşı qondarma "erməni soyqrımı" iddialarından imtina etməyə çağırıblar.

Müvafiq bəyannamə oxunduqdan sonra etiraz aksiyası başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti