...

XİN: Avrasiya rabitə alyansının təsisi ilə bağlı qətnamənin qəbulu Azərbaycanın səylərinin beynəlxalq arenada ciddi dəstəklə qarşılanmasını göstərir

Siyasət Materials 10 Sentyabr 2013 16:17 (UTC +04:00)
BMT-nin əksər üzv dövlətləri tərəfindən dəstəklənmiş və bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, İsrail, Şri-Lanka və Yeni Zelandiyanın həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barəsində qətnamənin qəbul olunması Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair uzunmüddətli baxışının və regional telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsinə dair səylərinin beynəlxalq arenada ciddi dəstəklə qarşılanmasının bariz təzahürüdür.
XİN: Avrasiya rabitə alyansının təsisi ilə bağlı qətnamənin qəbulu Azərbaycanın səylərinin beynəlxalq arenada ciddi dəstəklə qarşılanmasını göstərir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir S.Əhmədova/

BMT-nin əksər üzv dövlətləri tərəfindən dəstəklənmiş və bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, İsrail, Şri-Lanka və Yeni Zelandiyanın həmmüəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən Avrasiya rabitə alyansının təsis edilməsi üzrə təklifin dəstəklənməsi barədə qətnamənin qəbul olunması Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair uzunmüddətli baxışının və regional telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsinə dair səylərinin beynəlxalq arenada ciddi dəstəklə qarşılanmasının bariz təzahürüdür.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev sözügedən qətnamənin qəbul edilməsi ilə bağlı açıqlamasında bildirib.

E.Abdullayev qeyd edib ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və ona olan hörmət, etimad, rəğbətin və ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan tərəfindən yürüdülən ardıcıl diplomatik fəaliyyətin nəticəsidir ki, ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq birliyin mütləq əksəriyyətinin, o cümlədən dövlətlərin və özəl sektorun dəstəyini qazanır:

"Qeyd olunmalıdır ki, haqqında bəhs olunan qətnamə regionlararası əməkdaşlığın inkişaf etdirilməsi və telekommunikasiya tranzit yollarının şaxələndirilməsinə xidmət edən və hökumətlərarası platforma rolunu oynayan Avrasiya rabitə alyansının fəaliyyətinin beynəlxalq birlik tərəfindən yaxından dəstəklənməsinin göstəricisidir".

Avrasiya rabitə alyansı 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş "Transmilli Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinin vacib tərkib hissəsidir. TASİM layihəsi ilə əlaqədar Azərbaycan tərəfindən irəli sürülən qətnamələr də müvafiq olaraq BMT Baş Assambleyasının 21 dekabr 2009-cu il tarixli və 21 dekabr 2012-ci tarixli 64 və 66-cı sessiyalarında BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

TASİM Asiya ilə Avropa arasında yeni əsas tranzit yolu yaradaraq "rəqəmsal uçurum"un aradan qaldırılması və onun "rəqəmsal imkanlar"a çevrilməsi, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və yerli iqtisadiyyatların şaxələndirilməsi, elektron hökumət konsepsiyalarının inkişafı və rəqabətin artırılmasına əsaslı şəkildə töhfə verəcək.

BMT Baş Assambleyasının son qətnamələri ilə dünya birliyi tərəfindən yaxından dəstəklənən Avrasiya rabitə alyansı və TASİM layihəsi Azərbaycanın irəli sürdüyü yeni təşəbbüslərdən olaraq, tarixi İpək Yolunun "virtual" və "rəqəmsal" imkanlarının da artırılmasında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti