...

AVCİYA: Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin var

Siyasət Materials 13 Sentyabr 2013 14:56 (UTC +04:00)
Azərbaycanda seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət, azad seçki administrasiyasının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi ədalətli, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır.
AVCİYA: Azərbaycanda ədalətli və demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin var

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət, azad seçki administrasiyasının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi ədalətli, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının Azərbaycan prezidentliyinə keçiriləcək seçkilərin uzunmüddətli müşahidəsinə dair 1-ci aralıq hesabatının təqdimatında Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

Hesabatda qeyd olunur ki, əvvəlki seçkilərlə müqayisədə "qara PR" hallarına demək olar ki, rast gəlinməməsi müsbət amil kimi vurğulana bilər. Eyni zamanda prezident seçkiləri ilə bağlı məsələlərin işıqlandırılmasında jurnalist etikasının pozulması hallarının da olmaması diqqəti çəkir.

M.Zülfüqarlı bildirib ki, Azərbaycanda prezident seçkiləri ilə bağlı müzakirələrin, polemikaların əsas platforması kimi hazırda məhz sosial şəbəkələr çıxış edir.

O qeyd edib ki, 9 oktyabr prezident seçkiləri sosial şəbəkələrin çox böyük populyarlıq qazandığı zamanda baş tutması ilə fərqlənir: "Siyasi partiyalar və namizədlərin "Facebook", "Twitter" sosail şəbəkələrindən təbliğat və təşviqat üçün geniş istifadə etməsi diqqət çəkir. Müşahidələr göstərir ki, prezident seçkiləri ilə bağlı müzakirələrin, polemikaların əsas platforması kimi hazırda məhz sosial şəbəkələr çıxış edir".

Hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 960 minə yaxınlaşıb.

Hesabatda vurğulanır ki, vətəndaşlar internet və sosial şəbəkələrə sərbəst çıxış imkanına malikdirlər və bu sahədə heç bir məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınmayıb: "İnternet media və sosial şəbəkələr 9 oktyabr prezident seçkiləri ilə bağlı siyasi partiyalar və namizədlər üçün öz fikir və baxışlarının cəmiyyətə çatdırılmasına daha geniş imkanlar açıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti