...

Maya Pancikidze: Gürcüstan neft və qaz ehtiyatlarının nəql edilməsində mühüm tranzit rolunu oynayır

Siyasət Materials 26 Sentyabr 2013 06:06 (UTC +04:00)
Gürcüstan neft və qaz ehtiyatlarının nəql edilməsində mühüm tranzit rolunu oynayır. Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Nyu-Yorkda keçirilən "Caspian Forum"un açılışı zamanı deyib.
Maya Pancikidze: Gürcüstan neft və qaz ehtiyatlarının nəql edilməsində mühüm tranzit rolunu oynayır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Gürcüstan neft və qaz ehtiyatlarının nəql edilməsində mühüm tranzit rolunu oynayır. Trend-in məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Nyu-Yorkda keçirilən "Caspian Forum"un açılışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan etibarlı tərəfdaşdır.

"Gürcüstan bundan sonra da enerji qaynaqlarının Avropaya çatdırılması prosesində iştirak etməyə hazırdır. Bu marşrut vacib və əhəmiyyətlidir. Ümid edirəm ki, Türkmənistan və Qazaxıstan da bu layihəyə qoşulacaq" - deyə o bildirib.

Pancikidze söyləyib ki, sıxlaşdırılmış maye qaz da böyük əhəmiyyət kəsb edir.

"Avropanın istehlakçı ölkələrinin bir neçə imkanları var. Energetik diversifikasiyanın səviyyəsinin yüksəldilməsi mühüm xarakter daşıyır. Çünki bu, etibar, hörmət və əməkdaşlıq deməkdir" - deyə XİN rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti