...

Elmar Məmmədyarov bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib

Siyasət Materials 26 Sentyabr 2013 16:40 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkiyə, Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Elmar Məmmədyarov bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkiyə, Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusilə qeyd edilib.

Keçirilən görüşlər zamanı nazir E.Məmmədyarov həmkarlarına Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib, bu münaqişənin tezliklə həllinin vacibliyinin və bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti