...

"Ronald Reagan House" hesabatı: Azərbaycanın sabit vəziyyəti hakimiyyətin siyasi ardıcıllığı ilə birbaşa bağlıdır

Siyasət Materials 28 Sentyabr 2013 13:29 (UTC +04:00)
Regionda Azərbaycanın sabit vəziyyəti ölkəni idarə edən elitanın siyasi ardıcıllığı ilə birbaşa bağlıdır. Trend-in məlumatına görə, bu barədə "Ronald Reagan House" təşkilatının 2008-2013-cü illər ərzində Cənubi Qafqaz üzrə hesabatında bildirilir.
"Ronald Reagan House" hesabatı: Azərbaycanın sabit vəziyyəti hakimiyyətin siyasi ardıcıllığı ilə birbaşa bağlıdır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir V.Javoronkova/

Regionda Azərbaycanın sabit vəziyyəti ölkəni idarə edən elitanın siyasi ardıcıllığı ilə birbaşa bağlıdır. Trend-in məlumatına görə, bu barədə "Ronald Reagan House" təşkilatının 2008-2013-cü illər ərzində Cənubi Qafqaz üzrə hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan balanslaşdırılmış strategiyanı saxlamaqda davam edir və Cənubi Qafqazın ən zəngin ölkəsi olaraq, üçüncü ölkələrdən asılı olmayan siyasət aparmaq üçün energetika "rıçaq"larından uğurla istifadə edir:

"Qeyd etmək vacibdir ki, ölkə Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildəki siyasi və iqtisadi kursu saxlayır".

Hesabatda vurğulanır ki, Azərbaycan prezident seçkiləri ərəfəsindədir və böyük ehtimalla İlham Əliyevin üçüncü dəfə prezident seçiləcək.

Qeyd olunur ki, energetika "rıçaq"ları sayəsində Azərbaycan üç müxtəlif qüvvə - ABŞ, Rusiya və İranın maraqlarını uğurla balanslaşdıra bilib. ABŞ Azərbaycanı Cənubi Qafqazın çox əhəmiyyətli dövləti kimi görür və respublikaya kifayət qədər diqqət ayırmağa çalışır.

Azərbaycan və Rusiya münasibətlərində son hadisələr ölkələr arasında əməkdaşlığın intensivləşdiyini göstərir.

Son illər ərzində Azərbaycanla Aİ arasında kifayət qədər yaxın münasibətlər davam edir.

Qeyd olunur ki, "Trans-Adriatik" boru kəmərinin (TAP) "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilməsi fonunda Bakı və Brüssel arasında əməkdaşlığın artırılması üçün yaxşı perspektivlər mövcuddur.

Hesabatda həmçinin vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi rəsmi Bakı üçün vacib problemlərdən biri olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti