...

İƏT və Rusiya Suriya böhranını müzakirə edəcəklər

Siyasət Materials 1 Oktyabr 2013 10:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Rusiya XİN rəhbəri Serqey Lavrovla Suriya böhranını müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı təşkilatın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumata görə, bu müzakirələrdə əsas prioritetlərdən biri Yaxın Şərqdəki vəziyyət olacaq.

İƏT-in məlumatında həmçinin bildirilir ki, görüş zamanı ikitərəfli münasibətlər də müzakirə olunacaq. İƏT baş katibinin Rusiyaya səfəri oktyabrın birində başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti