...

Müxalifətin seçki saxtakarlığının üstü açıldı (FOTO)

Siyasət Materials 9 Oktyabr 2013 13:13 (UTC +04:00)
Müxalifətçilər internetdə bir neçə guya "kompromat" video yayımlayıblar.
Müxalifətin seçki saxtakarlığının üstü açıldı (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Müxalifətçilər internetdə bir neçə guya "kompromat" video yayımlayıblar.

Trend-in azvision.az-a istinadən verdiyi məlumata görə, AXCP gənclər təşilatının yayımladığı birinci videoda guya Şəmkirdə saxta seçicilərin səs verdiyi əks olunub. Amma videonun yüklənmə tarixinə baxanda bəlli olur ki, o, internetə hələ seçki başlamamışdan - oktyabrın 8-də yüklənib.

Daha bir videonu isə Müsavata yaxın olan minval.az saytı yayıb. Amma bu video da youtube-a oktyabrın 8-də yüklənib.

Beləliklə, məlum olur ki, müxaliflər əvvəlcədən hazırladıqları böhtan videolarını dünəndən internetə yükləyiblər. Məqsəd onları seçki günü "kompromat" kimi ortaya çıxarmaq olub. Amma bununla əslində özlərinin saxtakarlığını ifşa etmiş olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti