...

Almaniyalı müşahidəçi: Azərbaycanda prezident seçkilərində iştirak yüksək səviyyədədir

Siyasət Materials 9 Oktyabr 2013 16:02 (UTC +04:00)
İndiyə kimi hər şey normal görünür, seçkidə iştirak yüksək səviyyədədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərini müşahidə edən, 2005-2010-cu illərdə Almaniya Parlamenti və Avropa Şurasının deputatı, professor Hakkı Keskin jurnalistlərə deyib.
Almaniyalı müşahidəçi: Azərbaycanda prezident seçkilərində iştirak yüksək səviyyədədir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

İndiyə kimi hər şey normal görünür, seçkidə iştirak yüksək səviyyədədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərini müşahidə edən, 2005-2010-cu illərdə Almaniya Parlamenti və Avropa Şurasının deputatı, professor Hakkı Keskin jurnalistlərə deyib.

Hələlik 8 məntəqədə olduğunu deyən H.Keskin hansısa problemlə rastlaşmadığını deyib: "Bundan sonra 3 məntəqəyə də getməliyik. Axşam saatlarında qutuların açılmağını müşahidə edəcəyik. Daha sonra protokolları dostlarımıza verib dəyərləndirəcəyik. Əvvəlki seçkilərdə də burada idim. Gəzdiyimiz məntəqələr çox gözəl məktəblərdə təşkil olunub. Almaniyada belə gözəl məktəblər yoxdur".

O, əlavə edib ki, Azərbaycanda möhtəşəm bir inkişaf var: "Seçki qutularının demək olar ki, hamısının başında xanımlar dayanıb. Türkiyədə kişilər bu vəzifəni icra edirlər. Bu da o deməkdir ki, Azərbaycan xanımları siyasətlə maraqlanırlar. Bu, çox gözəl bir hadisədir. Seçicilər fəaldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti