...

Azərbaycanda keçirilmiş prezident seçkiləri Misir mətbuatının diqqət mərkəzindədir

Siyasət Materials 12 Oktyabr 2013 23:03 (UTC +04:00)
Misir mətbuatında 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı məlumatlar dərc edilməkdədir.
Azərbaycanda keçirilmiş prezident seçkiləri Misir mətbuatının diqqət mərkəzindədir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Misir mətbuatında 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı məlumatlar dərc edilməkdədir.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, "əl-Dustur" qəzeti Prezident İlham Əliyevin üçüncü dəfə Azərbaycan Prezidenti seçilməsi və seçkinin nəticələri ilə bağlı onun televiziya vasitəsilə çıxışına toxunaraq seçkilərin şəffaf və azad şəkildə keçirilməsinin demokratiyanın qələbəsi olduğunu qeyd edib.

Sonra qəzet 10 namizəd arasında Azərbaycan Prezidenti İlham Əliyevin 84,6 faiz səs toplayaraq digər namizədləri böyük fərqlə üstələməsi və müxalifət qruplarını təmsil edən namizəd Cəmil Həsənlinin isə 5,5 faiz səs toplması barədə məlumatlar yayıb.

"Əl-Bədil" qəzeti də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova istinad edərək prezident seçkilərinin nəticələri ilə bağlı məlumat yayıb və Azərbaycan Prezidenti İlham Əliyevin qalib gəldiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti