Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir T.Cəfərov/
İranın sabiq Prezidenti Mahmud Əhmədinejad dünən ad gününü qeyd edib. Əhmədinejadın 57 yaşının tamam olması münasibəti ilə Tehranın Narmək xiyabanında (Əhmədinejadın evinin yaxınlığında) ölkənin müxtəlif bölgələrindən gəlmiş şəxslər onu təbrik ediblər. Trend-in məlumatına görə, bu barədə İranın "Şərq" qəzeti məlumat verir.
Əhmədinejadın tərəfdarları ona gül və üzərində dua yazılmış lövhə hədiyyə ediblər. İranın sabiq Prezidenti onu təbrik etmək üçün evinin qarşısına yığılmış şəxslər qarşısında bir neçə dəqiqəlik çıxış edib və onlara öz minnətdarlığını bildirib.