...

Əfqanıstanın bəzi dövlət qurumları və nazirlikləri ADA-ya xüsusi proqramların təşkilini sifariş edirlər

Siyasət Materials 30 Oktyabr 2013 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Diplomatiya Akademiyasının (ADA) İxtisasartırma Proqramı Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Latviyanın Xarici İşlər Nazirliyi və İsveçrənin Azərbaycandakı səfirliyi ilə birgə həyata keçirdiyi Əfqanıstanın dövlət rəsmiləri üçün "Keçid dövründə Dövlət Quruculuğu" adlı 4-cü Bakı kursunu başa vurub.

Trend-in məlumatına görə, bağlanış mərasimində iştirakçılar Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev tərəfindən sertifikatlarla təltif olunublar.

Tədbirdə çıxış edən H.Paşayev kursun uğurlu keçdiyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

H.Paşayev qeyd edib ki, kursun məqsədi Əfqanistanda indiki mərhələdə dövlət quruculuğu, ümumən ölkənin problemləri ilə bağlı məsələlərin müəyyən mənada həllinə kömək etməkdir.

H.Paşayev bildirib ki, kursa olan böyük maraq gələcəkdə də onun davamını zəruri edir. "Bəzi əfqan dövlət qurumları və nazirlikləri ADA-ya xüsusi proqramların təşkilini sifariş edirlər. Biz həmin sifarişləri nəzərdən keçirəcəyik".

Qeyd edək ki, oktyabrın 21-də başlayan və doqquz gün davam edən təlim çərçivəsində Əfqanistanın 20 dövlət rəsmisi fərqli sistemlər çərçivəsində gender, sülh və ədalət, medianın idarə edilməsi, keçid dövründə insan hüquqları, hökumət və ədalət sistemləri daxilində korrupsiya ilə mübarizə, təhsil, vətəndaş cəmiyyəti, insan təhlükəsizliyi, vətəndaş hərəkatları və ekstremizmlə mübarizə kimi mövzular ətrafında təlim keçiblər. Təlim Azərbaycan, İsveçrə və Latviya hökümətlərinin maliyyə dəstəyi ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti