...

Suriyada humanitar vəziyyət olduqca ağırdır; "ən önəmli şey cəbhə və savaş..."

Siyasət Materials 7 Noyabr 2013 22:57 (UTC +04:00)
Suriyada hökumət qüvvələrinin Dəməşqin cənubundakı bəzi istiqmətləri tamamilə ələ keçirdiyi, bölgədəki humanitar vəziyyətin isə çox ağır olduğu bildirilir.
Suriyada humanitar vəziyyət olduqca ağırdır; "ən önəmli şey cəbhə və savaş..."

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Suriyada hökumət qüvvələrinin Dəməşqin cənubundakı bəzi istiqmətləri tamamilə ələ keçirdiyi, bölgədəki humanitar vəziyyətin isə çox ağır olduğu bildirilir. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Suriyanın rəsmi xəbər agenliyi SANA ordunun paytaxtın cənubundakı Böyük və Kiçik əs-Sibeynə bölgələrini tamamilə ələ keçirdiyini bildirir. Bir ordu komandirinin açıqlamalarına yer verilen xəbərdə, həmin səmtlərin alınmasının Şərqi və Qərbi Quta rayonlarındakı müxaliflərin tamamilə sıradan çıxarılmasına və Həcərül-Əsvəd bölgəsinə gedən yolun təhlükəsizliyinin təmin edilməsinə imkan yaratdığı qeyd olunur.

Bölgədəki əməliyyatların 9 gün davam etdiyi və bəzi müxaliflərin Həcərül-Əsvədə qaçdığı deyilir.

Bəzi yerli KİV-lərin məlumatına görə, hökumət qüvvələrinin bombardman və ağır silahlardan istifadə etməklə 9 gün apardığı əməliyyatlardan sonra Böyük və Kiçik əs-Sibeynə ələ keçirilib.

Azad Suriya Ordusunun Cənub cəbhəsi komandanlığının sözçüsü Matar İsmayıl bildirib: "Dəməşqin cənub bölgələrində humanitar vəziyyət olduqca ağırdır. İnsanlar artıq ölümlə üzbəüz qalıblar. Yeməyi, içməyi düşünən yoxdur, ən önəmli şey cəbhə və savaş..."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti