Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Suriyanın şimal-şərqində yaşayan kürdlər müstəqil müvəqqəti keçid hökuməti yaratdıqlarını bəyan ediblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
"Frans Press" agentliyinin məlumatına görə, bəyanat kürd yığma qoşunu cihadçıların nəzarətində olan əhəmiyyətli ərazini ələ keçirdikdən sonra verilib.
Qeyd edək ki, kürdlər Suriya əhalisinin təqribən 10 faizini təşkil edirlər.