...

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib

Siyasət Materials 20 Noyabr 2013 16:16 (UTC +04:00)
Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. Trend-in MDB İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə MDB çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən 30-dan artıq məsələ daxil edilib.
Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Sankt-Peterburqda MDB Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib. Trend-in MDB İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə MDB çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətinin müxtəlif aspektlərini əhatə edən 30-dan artıq məsələ daxil edilib.

Məlumata görə, hökumət başçıları Sovet xalqının 1941-45-ci illər Böyük Vətən müharibəsində qazandığı qələbənin 70 illiyinə hazırlıq və qeyd edilməsi üzrə əsas tədbirlərin Plan layihəsini təsdiq ediblər.

Bundan başqa, 20 noyabr 2009-cu il tarixli MDB ölkələri üzrə malların mənşəyinin müəyyənləşdirilməsi qaydaları haqqında sazişə dəyişikliklərlə bağlı protokol imzalanıb, 2020-ci ilədək turizm sahəsində MDB iştirakçı dövlətləri arasında əməkdaşlığın inkişaf strategiyası, bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında MDB dövlətlərinin əməkdaşlıq konsepsiyası və onun reallaşdırılması üzrə ilkin tədbirlər planı təsdiq edilib.

Həmçinin, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində MDB dövlətlərinin əməkdaşlığı haqqında saziş imzalanıb, 2020-ci ilədək MDB dövlətlərinin beynəlxalq gənclər əməkdaşlığı strategiyasının reallaşdırılması üzrə 2014-2015-ci illəri əhatə edən tədbirlər planı və sənədlər təsdiq edilib.

Şuranın növbəti iclasında 18 oktyabr 2011-ci il tarixli azad ticarət zonası haqqında müqavilənin müddəalarının yerinə yetirilməsinin gedişatı müzakirə edilib. 2020-ci ilədək MDB iştirakçı dövlətlərinin enerji resurslarının istehsalı və istehlakı proqnozları təsdiq edilib.

İclasda 1979-1989-cu illərdə Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin 2014-2018-ci illərdə axtarışının davam etdirilməsi, onların dəfn yerlərinin axtaraşı, eksqumasiyası, qalıqlarının eyniləşdirlməsi və öz vətənlərində yenidən dəfn edilməsi haqqında qərar qəbul edilib.

Hökumət Başçıları Şurasının növbəti iclasının gələn il mayın 30-da Kiyevdə keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti