...

Prezident İlham Əliyev Yaponiya və Yeni Zelandiyanın yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Siyasət Materials 23 Noyabr 2013 14:32 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin etimadnaməsini qəbul etmişdir.
Prezident İlham Əliyev Yaponiya və Yeni Zelandiyanın yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib     (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin etimadnaməsini qəbul etmişdir.

Səfir Tsuquo Takahaşi fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Tsuquo Takahaşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi. Səfir Tsuquo Takahaşinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də əməkdaşlığımızın dinamik şəkildə inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev ona uğurlar arzuladı.

Ötən il Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd olunduğunu vurğulayan səfir Tsuquo Takahaşi ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı.

Diplomat Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də, həmçinin Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Taha Makfersonun etimadnaməsini qəbul etmişdir.

Səfir Taha Makferson fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Taha Makferson etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlıq imkanlarının araşdırılmasının və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin önəmini qeyd etdi.

Səfir Taha Makferson yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti