Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Kiyevdə Müstəqillik meydanında aktivistlərlə "Berkut" xüsusi təyinatlı milis dəstələri arasında qarşıdurma yaranıb.
Trend-in Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, təqribən 300 nəfərdən ibarət xüsusi təyinatlı dəstə aktivistləri əhatəyə alaraq meydandan çıxartmağa çalışırlar.
Meydanın yaxınlığında "Berkut"un bir neçə avtobusu dayanıb.
Aktivistlər dəmir çəpərləri sındırmağa başlayıblar.