Prezident İlham Əliyev “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub (FOTO)

Prezident İlham Əliyev “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub (FOTO)

Dekabrın 2-də Bakı Sərgi Mərkəzində "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.
İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sektorunda (İKT) da dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. İKT-nin iqtisadiyyatda artan çəkisi son illər ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilməsini də şərtləndirmişdir. Artıq ənənəyə çevrilmiş "BakuTel" sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir.

Bu il 19-cu dəfə keçirilən "BakuTel" sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması "BakuTel"in nüfuzunu sübut edən amillərdir.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bunun əyani təzahürüdür. "İKT ili"nin ilk əlamətdar hadisəsi "Azərspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olmuşdur. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələblərini qəbul etmişdir.

Builki sərgi və konfransın "İKT ili" çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır. Ümumiyyətlə, "İKT ili" "BakuTel-2013" sərgisinin bütün ekspozisiyasında xüsusi olaraq nəzərə çarpır. Sərgiyə marağın artmasını təsdiq edən digər amillər isə builki ekspozisiya meydançasının 35 faiz genişləndirilməsi və "BakuTel-2013"də dünyanın 28 ölkəsindən 300 şirkətin iştirak etməsidir. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.
Sərgidə hər il fəal iştirak edən ölkələrə bu il ABŞ, İtaliya, Əfqanıstan və bir sıra digər dövlətlər də qoşulmuşdur. Sərginin iştirakçıları telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı, İT və ofis texnologiyaları seqmentləri, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısı İlham Əliyevə məlumat verdi ki, "BakuTel" sərgisində ilk dəfə olaraq "İnnovativ məhsullar və həllər" adlı Azərbaycan milli pavilyonu yaradılmışdır. Burada son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Bildirildi ki, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır. Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin EPEG layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevə "Dünya Azərbaycanlılarının onlayn Forumu" haqqında da məlumat verildi. Onlayn konfrans sərgi müddətində davam edəcəkdir. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ, Almaniya, Fransa, Hollandiya, Rusiya, Ukrayna və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ofislərində xüsusi avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış edərək dedi:
"Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişlənir. İndi demək olar ki, Avropanın əksər ölkələrində diaspor təşkilatları vardır. Onlar təşkilatlanıblar, gözəl fəaliyyət göstərirlər. Eyni zamanda, bu gün Amerika Birləşmiş Ştatlarında, MDB məkanında - Ukraynada, Rusiyada, ümumiyyətlə, müxtəlif ölkələrdə azərbaycanlılar təşkilatlanıblar. Bu gün xaricdə yaşayan azərbaycanlılar üçün yeni imkanlar yaradılır. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının daha da dolğun şəkildə təmin edilməsi üçün diaspor təşkilatlarının rolu çox böyükdür.
Müxtəlif ölkələrə səfərlərimdə xaricdə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər zamanı bütün bu məsələlər geniş müzakirə edilmişdir. Bakıda keçirilmiş diaspor forumlarında mən öz ürək sözlərimi demişəm. Bir daha demək istəyirəm ki, bu gün güclü diaspor güclü Azərbaycanın imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan hər bir azərbaycanlı hesab edirəm, haqlı olaraq qürur hiss keçirir ki, bu gün dünyada güclü Azərbaycan dövləti vardır.
Siz həmişə bilirsiniz və bilməlisiniz ki, sizin arxanızda güclü, güclənən, inkişafda olan, bu gün dünya miqyasında böyük hörmətə malik Azərbaycan dövləti dayanır. Eyni zamanda, sizin fəaliyyətiniz Azərbaycanın dövlət maraqlarının qorunması baxımından bizim üçün çox vacibdir. Bax, bu birlik bizi daha da gücləndirir.
Bu gözəl elektron xidmət vasitəsilə sizinlə bu gün təmasda olmağımdan çox məmnunam. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun!"
Videokonfrans iştirakçıları dövlətimizin başçısına təşəkkür etdilər.
"BakuTel-2013" sərgisində ilk dəfə olaraq BMT-nin stendi də yer almışdır. Stenddə BMT-nin İnkişaf Proqramı çərçivəsində dörd sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq layihəsi əksini tapmışdır. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır.
Stendin qarşısında xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə tanış oldu. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətlərini və geniş çeşiddə məhsulları, həmçinin Sü[email protected] ticarət nişanı ilə 3G mobil internet xidmətlərini istifadəçilərinə təklif edir. Bakcell şəbəkəsi ölkənin əhalisinin 99, ərazisinin isə 92 faizini əhatə edir. Sü[email protected] xidməti yeni tərəfdaşlıqlar vasitəsilə Azərbaycan əhalisini yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir.
Dövlətimizin başçısı "Delta Telekom" MMC-nin fəaliyyətini əks etdirən pavilyonda da oldu. Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan "Delta Telekom" rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan "Delta Telekom" dayanıqlı supermagistrala sahibdir və regionun ən iri internet supermagistralı da "Delta Telekom"a məxsusdur.

"AzərFon" MMC 2007-ci ildən fəaliyyət göstərilir. Şirkətin brendi olan "Nar mobile" hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. "Nar mobile" Azərbaycanda 3G xidmətlərini göstərən ilk mobil operatordur. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına misilsiz töhfələr verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən ticarət nişanı kimi tanınmışdır.
Sərgidə "Aztelekom" İstehsalat Birliyi də iştirak edir. Azərbaycanın milli rabitə operatoru olaraq, "Aztelekom" İstehsalat Birliyi tərəfindən fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərilir. Şirkət tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda fəal tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış "Aztelekom.NET" internet provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir.

2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılan SAZZ əmtəə nişanı Azərbaycanda "4G Mobile WiMAX" texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur. SAZZ 4G internet xidmətinə paytaxt Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərləri, habelə Abşeron yarımadasının qəsəbələri daxildir.
Prezident İlham Əliyev "Hitachi" şirkətinin pavilyonunda da oldu. Şirkət müasir texnologiyaların tətbiqi sahəsində geniş nüfuza malikdir.
2010-cu ildə yaradılan "Azərkosmos" ASC Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatorudur. Bu il Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azərspace-1"in uğurla orbitə çıxarılması ilə şirkət öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlamışdır. "Azərspace-1" peykinin qabaqcıl dizaynı və yüksək texnoloji göstəriciləri bu gün "Azərkosmos"a Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionunda keyfiyyətli peyk xidmətləri göstərməyə imkan verir.

Sərgidə Fransanın "Arianespace" kosmik-raket şirkəti də təmsil olunur. Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" də məhz bu şirkətin raketdaşıyıcısı ilə orbitə çıxarılmışdır.

Dövlətimizin başçısı sərgidə "Euronews" telekanalının müxbirinə müsahibə verdi.

Sonra Prezident İlham Əliyev sərgidə "NEURON Texnologiyası" MMC şirkətinin stendi ilə də tanış oldu. Şirkətin sərgidə nümayiş etdirdiyi spayder xüsusi cihazı dünyada canlı monitorinqi həyata keçirən ən kiçik elektron kardioqram sensorudur. Cihaz xüsusi dizayn olunub və sinəyə yapışdırılır. Dünyada analoqu olmayan bu cihazdan istifadə ölkəmizdə ürək-damar xəstəlikləri səbəbindən baş verən mənfi halların qarşısını ala biləcək yüksək texnologiyalı qabaqlayıcı tədbirlərdən olacaqdır.

Dövlətimizin başçısı Türkiyə Respublikasının stendinə də baxdı. Qeyd edildi ki, qardaş ölkə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş beş şirkəti təmsil olunub.
Əfqanıstan isə bu sərgidə ilk dəfə təmsil olunur. Bu ölkə "BakuTel-2013" sərgisinə xüsusi maraq göstərir.

Sərgidə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzlərinin səyyar avtobusları və digər nəqliyyat vasitələri nümayiş olunur. "ASAN xidmət" mərkəzi klassik vahid pəncərə prinsipinə əsaslanaraq 9 dövlət orqanının 25 hüquq xidmətinin göstərilməsini təmin edən qurumdur.
Dövlətimizin başçısı "Azərpoçt" MMC-nin səyyar xidmətlərinin təşkilində istifadə olunan avtomobillərə baxdı. Bildirildi ki, vətəndaşlar bu avtomobillərlə poçt xidmətindən geniş yararlana bilirlər.

Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda "Titan" robotu nümayiş etdirilir. Bu robot Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzmiş, Abu-Dabidə "Qran-pri Formula 1" yarışında, eləcə də iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında iştirak etmişdir. Robot həm hərəkət edir, həm də insanlarla dialoq qurur.
Prezident İlham Əliyev "AzDimension" şirkətinin stendi ilə də tanış oldu. Burada dövlətimizin başçısına yeni milli kompyuter oyunu barədə məlumat verildi. Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradır, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.

Sərgidə təmsil olunan PERSECUTOR şirkəti İKT binaları üçün müasir məlumat mərkəzləri və əlaqədar texnologiya infrastrukturu üzrə kompleks xidmətlər təklif edir. 1993-cü ildə yaradılan şirkət bu sahədə dünyada aparıcı qurum hesab olunur.
Dövlətimizin başçısı HP şirkətinin pavilyonuna da baxdı. İnformasiya texnologiyaları sahəsində dünyanın ən iri şirkətlərindən biri olan HP korporativ sifarişçilər, kiçik və orta biznes qurumları, eləcə də fərdi istifadəçilər üçün əlverişli texnologiyaların təchizatçısıdır.
Prezident İlham Əliyevə Yüksək Texnologiyalar Parkı haqqında da geniş məlumat verildi. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan parkın əsas funksiyası İKT, digər yeni və yüksək texnologiyalar üzrə fəaliyyətin genişləndirilməsi, burada çalışan fiziki və hüquqi şəxslər üçün əlverişli şəraitin yaradılması və digər xidmətlərin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı" MMC yaradılmışdır. Parkın tikintisi üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılmışdır.

Builki sərgidə ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları da təmsil olunmuşdur. "USA CC" şirkəti də İKT sahəsində ən son texnologiyaları təqdim edir.
Litva da "BakuTel-2013" sərgisində beşə yaxın şirkət ilə təmsil olunur. Bu ölkənin şirkətləri də yüksək texnologiyalar üzrə tədqiqat və digər təyinatlı yeni məhsulları ilə sərgiyə qatılmışdır.

Prezident İlham Əliyev "Lifewatch V" şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, "Lifevatch V" smartfon ailəsi insanlara öz səhhəti və sağlamlıqları barədə məlumatlı olmaları üçün yaradılmışdır. Buraya elektrokardioqramın qeydə alınması, qan dövranına nəzarət və digər tibbi xidmətlər paketləri daxildir.

"Azercell" 1996-cı ildə təsis edilmişdir və hazırda bazarda lider mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar gətirmişdir. Şəbəkə əhalinin 99,8 faizini əhatə edir. "Azercell" 2011-ci ildə 3G, 2012-ci ildə 4G xidmətlərini təqdim etmişdir. 2013-cü ildə isə şirkət mobil elektron imza -"Asan imza" xidmətini həyata keçirən ilk mobil operator olmuşdur.

Dövlətimizin başçısı "SİNAM" MMC-nin stendi ilə də tanış oldu. Əsası 1994-cü ildə qoyulan SİNAM şirkəti kompyuter bazarında və telekommunikasiya texnologiyaları sahəsində özünü etibarlı və ciddi tərəfdaş kimi tanıtmışdır.
Prezident İlham Əliyevə nəqliyyat və texnika, "Yollar GPS" nəzarət sistemi barədə də məlumat verildi.

Qeyd olundu ki, bütövlükdə bu sərgi Azərbaycanda İKT-nin inkişafına, yeni faydalı əməkdaşlığın və işgüzar münasibətlərin qurulmasına mühüm töhfə verəcəkdir.

Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb
ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər
Ermənistan Suriyadan və İraqdan Dağlıq Qarabağa gətirilən PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Bütün xəbərlər