...

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna yeni konqresmenlər qoşulub

Siyasət Materials 13 Dekabr 2013 09:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Son günlərdə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna dörd yeni Konqres üzvü qoşulub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqres üzvləri Pit Qalleqo (Texas), Pit Alsın (Texas), Henri Kuellar (Texas) və Robert Aderholt (Alabama) Azərbaycan üzrə İşçi Qrupuna üzv olublar. Bununla ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun üzvlərinin sayı 56-ya çatıb.

Qeyd edək ki, İşçi Qrupuna son 4 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti