...

2014-cü ildə Türkiyə ABŞ şirkəti ilə birgə hərbi helikopterlərin istehsalına başlayacaq

Siyasət Materials 13 Dekabr 2013 13:31 (UTC +04:00)
2014-cü ilin birinci yarısında Türkiyədə ABŞ-ın "Sikorsky" şirkəti ilə birlikdə hərbi helikopterlərin istehsalına başlanacaq.
2014-cü ildə Türkiyə ABŞ şirkəti ilə birgə hərbi helikopterlərin istehsalına başlayacaq

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir R.Hafizoğlu/

2014-cü ilin birinci yarısında Türkiyədə ABŞ-ın "Sikorsky" şirkəti ilə birlikdə hərbi helikopterlərin istehsalına başlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Qəzetin məlumatına görə, hərbi helikopterlər Ankarada istehsal olunacaq.

3,5 milyard dollarlıq müqavilə çərçivəsində 109 hərbi helikopter istehsal ediləcək.

ABŞ-ın "Sikorsky" şirkəti ilə Türkiyənin Müdafiə Nazirliyi arasında danışıqlar 2010-cu ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti