...

Müxalifət partiyası: Türkiyə hökuməti istefaya getməlidir

Siyasət Materials 18 Dekabr 2013 09:47 (UTC +04:00)
"Partiyamız korrupsiya qalmaqalının araşdırılmasını dəstəkləyir və qanunu pozanlarla mübarizəyə hazır olanların tərəfində olacaq".
Müxalifət partiyası: Türkiyə hökuməti istefaya getməlidir

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

"Partiyamız korrupsiya qalmaqalının araşdırılmasını dəstəkləyir və qanunu pozanlarla mübarizəyə hazır olanların tərəfində olacaq". Trend-in "Today's Zaman" qəzetinə istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyənin müxalifətyönlü Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlu bəyan edib.

O deyib: "Bizim partiyamız araşdırmaların aparılmasını diqqətlə izləyəcək".

Öz növbəsində, CHP-nin vitse-prezidenti Gursel Təkin övladlarının adı korrupsiya qalmaqalında hallandırılan nazirləri istefaya çağırıb.

Dünən İstanbul və Ankarada polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində bəzi iş adamları və dövlət nazirlərinin övladları həbs ediliblər.

Məlumata əsasən, iş adamlarının həbsinə səbəb korrupsiya, qaçaqmalçılıq, narkotik maddələrin satışı və rüşvətlə bağlı ittihamlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti