...

Sərdar Cəlaloğlu: Müsavat Partiyasına müəyyən təkliflər vermişəm

Siyasət Materials 27 Yanvar 2014 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ümid Partiyasının və Azərbaycan Demokrat Partiyasının təmsil olunduğu "Qarabağ" siyasi blokunun genişləndirilməsi üzrə danışıqlar davam edir. Bu barədə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu qeyd edib ki, danışıqlar zamanı konkret nəticələr əldə olunsa da, ancaq ortalıqda real bir şey yoxdur.

Bu istiqamətdə Müsavat Partiyası ilə də əməkdaşlıq məsələsinə toxunan S.Cəlaloğlu bunun mümkünlüyünü vurğulayıb: "Siyasətdə hər şey iradə ilə bağlıdır. Müsavat Partiyasından bizə təklif gəlməyib, amma biz özümüz, elə mən dolayısı ilə mətbuat və şəxsi kanallarla müəyyən təkliflər vermişəm. Amma indi parçalanma prosesi elə gedir ki, bu mərhələdə hələlik birləşmə meyilləri çətin ki meydana çıxsın".

S.Cəlaloğlu hesab edir ki, bələdiyyə və parlament seçkiləri ərəfəsində müxalifət böyük bir koalisiya yaratsa, daha yaxşı olar: "Bu, müxalifətin əvvəlki birliklərindən fərqli formatda olmalıdır ki, indiki ziddiyyətləri aradan qaldıra bilsin".

Qeyd edək Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyasının hansı siyasi qurumlarla əməkdaşlıq edəcəyi mətbuatda maraq doğuran məsələlərdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti