...

Ərdoğan: Türkiyə və İran arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılır

Siyasət Materials 28 Yanvar 2014 22:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Türkiyə və İran arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfəri ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu Şura şübhəsiz ki, Türkiyə-İran ikitərəfli münasibətlərinə müsbət təsir edəcək.

İki ölkə arasında münasibətlərin yüksəldiyini deyən Baş nazir səfərinin mövcud əlaqələrə töhfə verəcəyini qeyd edib: "2013-cü ildə Türkiyə və İran arasında ticarət dövriyyəsi 13,5 milyard dollara çatıb".

Mətbuata açıqlamasından sonra İrana yola düşən R.T.Ərdoğan səfəri çərçivəsində İran Prezidenti Həsən Ruhani və ali dini lider Əli Xamneyi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti