...

Türkiyədə hakim partiyanın bir neçə mitinqi ləğv edilib

Siyasət Materials 27 Fevral 2014 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkiləri üzrə seçkiqabağı kampaniya çərçivəsində keçirilməsi nəzərdə turulan bir sıra mitinqləri ləğv edilib. Trend-in məlumatına görə, bu barədə "Milliyyət" qəzeti yazır.

Belə ki, hakim partiyanın Əskişəhər və Mersin vilayətlərində mitinqləri ləğv edilib.

Mitinqlərin ləğv edilməsinin səbəbləri açıqlanmır.

Türkiyədə bələdiyyə seçkiləri bu il martın 30-da keçiriləcək.

Qeyd edək ki, seçkilərdə əsas mübarizənin Cümhuriyyət Xalq Partiyası ilə (CHP) AKP nümayəndələri arasında olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti