...

Türkiyə müxalifəti Fətullah Gülən hərəkatı ilə əlaqələrini inkar edir

Siyasət Materials 28 Fevral 2014 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu partiyanın Fətullah Gülən [hazırda ABŞ-da yaşayan din xadimi] hərəkatı ilə əlaqələrinin olduğunu inkar edir. Trend-in məlumatına görə, bu barədə cümə günü "CNN Türk" telekanalı xəbər yayıb.

O, həmçinin qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası ictimaiyyətin diqqətini ölkədəki son qalmaqallı hadisələrdən [korrupsiya qalmaqalı və dövlət məmurlarının telefon danışıqlarının dinlənilməsi] yayındırmağa çalışır.

Bir qədər əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən hərəkatının CHP ilə sıx əlaqələrə malik olduğunu və bu iki strukturun birgə fəaliyyətinin hökumətin zəiflədilməsinə yönəldiyini bəyan edib.

Fevralın 27-də Ərdoğan Güləni Türkiyənin daxili işlərinə müdaxilə etməməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti