...

Polis nümayişçilərin Taksim meydanına doğru hərəkətinə mane olub

Siyasət Materials 12 Mart 2014 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/Trend/

İstanbul polisi nümayişçilərin Taksim meydanına doğru hərəkətinə imkan verməyib.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulda 14 yaşlı Berkin Əlvanın dəfn mərasimindən sonra aksiya iştirakçıları polisin bağladığı Taksim meydanına doğru yürüş etmək qərarına gəliblər.

Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə nümayişçilərin hətəkətinə mane olub. Nəticədə etirazçılar yaxınlıqdakı küçələrə qaçıblar.

Qeyd edək ki, ötən gecə Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı B.Əlvanın ölümü ilə bağlı təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti