...

Səs tellərindəki problemlə əlaqədar Ərdoğanın bəzi səfərləri ləğv edilib

Siyasət Materials 28 Mart 2014 14:44 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkənin bəzi vilayətlərinə səfərləri səs tellərindəki problemlə əlaqədar ləğv edilib.
Səs tellərindəki problemlə əlaqədar Ərdoğanın bəzi səfərləri ləğv edilib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkənin bəzi vilayətlərinə səfərləri səs tellərindəki problemlə əlaqədar ləğv edilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Telekanal xəbər verir ki, yaxın günlərdə Baş nazir İstanbulda həkim nəzarəti altında olacaq.

Həkimlərin qadağalarına baxmayaraq, martın 27-də R.T.Ərdoğan qarşıdakı bələdiyyə seçkiləri ilə əlaqədar iki seçkiqabağı mitinqdə iştirak edib.

Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.

Qeyd edək ki, seçkilərdə əsas mübarizənin Cümhuriyyət Xalq Partiyası ilə (CHP) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndələri arasında olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti