...

Türkiyədə 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 31 Mart 2014 13:28 (UTC +04:00)
Türkiyədə keçirilən bələdiyyə seçkilərində 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib.
Türkiyədə 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Yeni məlumatlar əlavə olunub (ilk xəbər saat 10:24-də yayılıb)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Türkiyədə keçirilən bələdiyyə seçkilərində 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib.

Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 78 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub.

49 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 12 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.

Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.

Antalya, Adana, Ağrı, Hatay və Eskişehirdə səslərin sayılmasının davam etdirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti