...

Türkiyədə AKP-nin seçki bürosuna hücum edilib

Siyasət Materials 31 Mart 2014 14:17 (UTC +04:00)
Türkiyənin Muş şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki bürosuna hücum edilib.
Türkiyədə AKP-nin seçki bürosuna hücum edilib

Azərbaycan, Bakı, 31 mart /Trend/

Türkiyənin Muş şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki bürosuna hücum edilib.

Trend "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Muş şəhərində bələdiyyə seçkilərində AKP namizədi Fəyat Asyanın qalib gəlməsindən sonra Sülh və Demokratiya Partiyasının (BDP) bir qrup tərəfdarı AKP-nin seçki bürosuna daşla hücum edib.

İki tərəfi üz-üzə qoymaq istəməyən polis AKP-nin seçki bürosunu boşaldıb. Buna baxmayaraq, BDP tərəfdarları hakim partiyanın seçki bürosunu daş atəşinə tutub. Seçki nəticələrinə etiraz edən qrup bəzi mağazaların şüşələrini, bankomatları sındırıb, bələdiyyənin xidmət binasına zərər vurub.

Etirazçılar su şırnağı vasitəsilə dağıdılıb.

Qeyd edək ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.

Son məlumatlara görə, Türkiyədə 78 vilayətin bələdiyyə sədrləri müəyyənləşib. 49 vilayətdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP), 12 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib. Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti