...

Baş nazir: Hakim partiya Türkiyədə heç bir dini və mili ayrı-seçkilik aparmır

Siyasət Materials 4 Aprel 2014 18:55 (UTC +04:00)
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə heç bir dini və milli ayrı-seçkilik aparmır.
Baş nazir: Hakim partiya Türkiyədə heç bir dini və mili ayrı-seçkilik aparmır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir R.Hafizoğlu/

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə heç bir dini və milli ayrı-seçkilik aparmır. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Baş nazir qeyd edib ki, hakim partiyanın Türkiyədəki hər hansı bir dini qrupla əlaqəsi yoxdur: "AKP-nin əlaqəsi bütünlükdə Türkiyə xalqı ilədir".

Qeyd edək ki, Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası ümumilikdə 45,6 faiz səs çoxluğu ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti