...

Baş nazir: Türkiyənin hüquq sistemi Gülən tərəfdarlarından təmizlənəcək

Siyasət Materials 16 Aprel 2014 11:00 (UTC +04:00)
Türkiyənin hüquq sistemi ona güclü təsir göstərən Fətullah Gülən tərəfdarlarından təmizlənəcək.
Baş nazir: Türkiyənin hüquq sistemi Gülən tərəfdarlarından təmizlənəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin hüquq sistemi ona güclü təsir göstərən Fətullah Gülən tərəfdarlarından təmizlənəcək. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə günü "Sabah" qəzeti yayıb.

Onun sözlərinə görə, həmin tədbirlər dövlətçiliyin müdafiəsi məqsədilə həyata keçirilir.

Baş nazir qeyd edib ki, bunu etmək asan olmayacaq. Çünki dövlət artıq 35 ildir mövcud olan gizli strukturla mübarizə aparır.

Bir müddət əvvəl Ərdoğan bir sıra dövlət orqanlarının Gülən hərəkatının güclü təsiri altında olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti