...

Ərdoğan: Türkiyədə keçirilən bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər olub

Siyasət Materials 18 Aprel 2014 14:47 (UTC +04:00)
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər oldu.
Ərdoğan: Türkiyədə keçirilən bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər olub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkiləri ölkə tarixində ən çətin seçkilər oldu. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib. Trend-in məlumatına görə, xəbəri cümə günü "TRT Haber" telekanalı yayıb.

Onun sözlərinə görə, müxalifətin seçkiqabağı kampaniya zamanı Ədalət və İnkişaf Partiyasının fəaliyyətini nüfuzdan salmaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, seçicilərin əksəriyyəti səslərini hakim partiyanın nümayəndələrinə veriblər.

Baş nazir bunu hakim partiyadan fərqli olaraq müxalifətin "xalqın vəziyyətini yaxşılaşdırmaq üçün heç nə etməməsi" ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti