...

Bülənt Arınç: Dövlət Bağçalı istefa verməlidir

Siyasət Materials 5 May 2014 16:07 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Bülənt Arınç müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalını istefaya getməyə çağırıb.
Bülənt Arınç: Dövlət Bağçalı istefa verməlidir

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalını istefaya getməyə çağırıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, B.Arınç MHP liderinin istefasının partiya və bütün Türkiyə xalqı üçün faydalı olacağını qeyd edib.

Onun sözlərinə görə, MHP ilkin mahiyyətini itirib və zəifləyib.

Qeyd edək ki, MHP 1969-cu ildə Alparslan Türkeş tərəfindən yaradılıb. Partiyanın ideologiyası türk-islam milliyyətçiliyinə əsaslanır.

D.Bağçalı 1997-ci ildən partiyaya rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti